Özünüməşğulluq proqramları çərçivəsində 54 min nəfərə dəstək göstəriləcək

Xəbər - Humay Ağacanova -Trend:

Özünüməşğulluq proqramları çərçivəsində 54 min nəfərə müvafiq dəstək göstəriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, İşsizlikdən Sığorta Fondunun xərclərində işsizlikdən sığorta ilə bağlı ödənişlərin artırılması proqnozlaşdırılır:


“İşsizlikdən sığorta haqqı yığımları 16 % artımla proqnozlaşdırılır. Paralel olaraq peşə hazırlığı və əlavə peşə təhsilinin təşkil edilməsi ilə bağlı xərclər böyük məbləğdə artırılır. İllik peşə hazırlığının 10 minin üzərinə qaldırılması bizim hədəfimizdir. Özünüməşğulluq tədbirlərinin təşkili üçün cari illə müqayisədə daha çox vəsait ayrılması proqnozlaşdırılır. Son illər ərzində bu proqramın həcmi 15 %-dən çox artıb. Burada 10 min ailə İSMF-nin, 5 min ailə Dünya Bankı və digər maliyyə mənbələri hesabına maliyyələşdiriləcək. Digər aktiv məşğulluq tədbirləri çərçivəsində haqqı ödənilən ictimai işlərin təşkili və s. istiqamətlərə də 8,5 milyon manat vəsait ayrılacaq. Bu proqramlar çərçivəsində də 54 min nəfərə müvafiq dəstək göstəriləcək. İslahatlarda əsas hədəf elektron məşğulluq xəritəsinin və reyestrinin yaradılmasıdır. Məqsəd də əhaliyə daha keyfiyyətli məşğulluq xidmətlərinin göstərilməsidir.”

Teqlər: