Özünü öldürən rəis müavini məşhur tarixçinin oğlu imiş

Özünü öldürən rəis müavini məşhur tarixçinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.

Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Mərhumun qardaşı Araz Cahangirli bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır:

“Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.

Teqlər: