Özünü Kürə atan şəxs xilas edildi

Özünü Kürə atan şəxs xilas edildi

Yevlaxda intihara cəhdin qarşısı alınıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin intihar etmək məqsədilə özünü suya atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: