Özgür Özəl CHP sədrliyinə namizədliyini irəli sürdü

Özgür Özəl CHP sədrliyinə namizədliyini irəli sürdü

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup sədri Özgür Özəl partiya sədrliyinə namizədliyini irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Özəl CHP-nin noyabr ayında keçirilməsi planlaşdırılan 38-ci Adi Qurultayında sədr Kamal Kılıçdaroğlu ilə yarışacaq.

“Dəyişiklik tələbimiz partiyamızı tam uzlaşma və yoldaşlıq şüuru ilə birlik və qardaşlıq içində uzunmüddətli iqtidar dövrünə daşımaq məqsədi daşıyır. Atatürkün partiyasını hakimiyyətə gətirmək üçün CHP başqanlığına namizədliyimi elan edirəm”, – Özəl bildirib.

Teqlər: