Özbəkistanın kimya zavodunda partlayış baş verdi

Özbəkistanın kimya zavodunda partlayış baş verdi

Özbəkistanın Çirçik şəhərində “Maksam-Çırçik” SC-nin kimya zavodunun ərazisində partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Daşkənd vilayətinin administrasiyası məlumat yayıb.

Məlumata görə, saat 08.30-da (Bakı vaxtı ilə 07.30) 5 saylı zavodun sintez sexində yanğın partlayışa səbəb olub.

Hazırda hadisə yerində xilasedicilər və texnika işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür, fövqəladə hadisənin miqyası müəyyənləşdirilir.

Teqlər: