Özbəkistanda “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb

Özbəkistanda koronavirusun “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, “omikron” ştammı yanvarın 7-si xarici ölkədən Özbəkistana gələn vətəndaşda aşkarlanıb.

Bildirilib ki, respublika ərazisində “omikron” ştammının aşkarlanması ilə əlaqədar ehtiyat tədbirləri və məhdudiyyətlər gücləndiriləcək.