Özbəkistanda koronavirusun “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, “omikron” ştammı yanvarın 7-si xarici ölkədən Özbəkistana gələn vətəndaşda aşkarlanıb.
Bildirilib ki, respublika ərazisində “omikron” ştammının aşkarlanması ilə əlaqədar ehtiyat tədbirləri və məhdudiyyətlər gücləndiriləcək.