Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda Özbəkistan Prezidenti Şövkət Mirziyayev fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Teleqram hesabında məlumat yayılıb.

“Yenilənmiş konstitusiyanın 128-ci maddəsi ilə ölkə prezidentinə verilən səlahiyyətlərdən istifadə edərək, mən ikinci mühüm fərman imzaladım. Buna əsasən, ölkəmizdə prezident seçkiləri vaxtından əvvəl keçiriləcək”, – prezident dövlət xadimləri ilə görüşündə bildirib.

Qeyd edək ki, bu, Özbəkistanda dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı konstitusiyaya dəyişiklik edildikdən sonra ilk prezident seçkiləri olacaq.

Teqlər: