Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışı olub (FOTO)

Daşkənd. Trend:

Martın 24-də Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya
Forumunun açılışı baş tutub.

Trend-in
məlumatına görə, tədbirdə bir sıra ölkələrdən, o cümlədən
Azərbaycandan iri investisiya, maliyyə-iqtisadi təşkilatlar və
şirkətlərin, rəsmi strukturların rəhbərləri və nümayəndələri
iştirak edirlər.

Martın 26-dək davam edəcək forumda Özbəkistanda biznesin,
nəqliyyat infrastrukturunun, “yaşıl” enerjinin, maliyyə bazarının
inkişafı üçün yaradılan şərait, eləcə də turizm, tikinti
materialları, tekstil istehsalı, kənd təsərrüfatına
investisiyaların cəlb olunması üçün güzəşt və imtiyazlar müzakirə
olunacaq. Bundan başqa, forum çərçivəsində investisiya və ticarət
sazişlərinin imzalanması mərasimləri keçiriləcək.

Forum zamanı “Mərkəzi Asiyada ticarət axınlarının
transformasiyası və onların kapitallaşması”, “İslahatlar
keçirilərkən makroiqtisadi sabitliyin dəstəklənməsi” mövzusunda
dəyirmi masalar və “Nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması”,
“Turizm sektoruna investisiya cəlb olunması perspektivləri”,
“Gələcək nəsillər üçün “yaşıl” enerji”, “Ticarətin liberallaşması
və iqtisadi inteqrasiya”, “Mərkəzi Asiyanın investisiya
potensialı”, “Nəqliyyat-logistika infrastrukturunun inkişafında
yeni mərhələ”, “Səhiyyə və əczaçılıq sahəsinin inkişaf
perspektivləri mövzusunda panel müzakirələri keçiriləcək”.

Forum çərçivəsində, həmçinin Özbəkistan-Səudiyyə Ərəbistanı
hökumətlərarası komissiyasının iclası və Özbəkistan-Çin investisiya
forumu təşkil olunub.

(Tərcümə: Orxan Nəbiyev)