Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının
sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.

AzerTimes-ın məlumatına görə,
Nurdinjon İsmoilov ilk növbədə Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin
başçısına çatdırıb. Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının
28 May – Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident
İlham Əliyevə təqdim edib. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin
Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə
çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib,
onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş
edib.

Teqlər: