Oxçuçayın çirkləndirilməsi problemi… – Nazir

Oxçuçayın çirkləndirilməsi problemi… – Nazir

Azərbaycan Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib, amma təəssüf ki, bu problem hələ də həll olunmayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya naziri Muxtar Babayev “Su ehtiyatlarının davamlı idarə olunması üzrə tərəfdaşlığın və fəaliyyətlərin təşviqi” mövzusunda Beynəlxalq Su Konfransında çıxış edərkən bildirib.

O, dünyanın sudan asılı olduğunu və ondan düzgün istifadə edilməsinin zəruriliyini vurğulayıb: “Hazırda, demək olar, bütün qitələrdə su çatışmazlığı müşahidə olunur. Azərbaycan da bu problemdən əziyyət çəkir”.

Onun sözlərinə görə, Azərbaycanda su siyasəti, sudan istifadə ilə bağlı fəaliyyət planı işlənib hazırlanıb.

“Biz transsərhəd əməkdaşlığa xüsusi diqqət ayırırıq, su ilə bağlı Konvensiyaya qoşulmuşuq. Su resurslarından istifadə üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etmək vacibdir. Biz su üzrə Konvensiyanın ratifikasiya olunmasına çağırırıq”.

Nazir bildirib ki, Zəngilan məcburi köçkünlərin geri qayıdacağı ilk rayon olacaq: “Azərbaycanın işğaldan azad edilmiş digər rayonları kimi, Zəngilan da işğal dövründə tamamilə dağıdılmışdı”.

Teqlər: