Övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75 valideynə qarşı tədbirlər görülüb


Azərbaycanda övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75
valideyinə qarşı tədbirlər görülüb.

Trend məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı
Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci
müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik
məlumatı təqdim edərkən deyib.

O bildirib ki, hesabat ilində uşaq əməyinin istismarının
qarşısının alınması üzrə reydlər də davam etdirilərək ailə
mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan,
küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

“Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən
vəzifələri yerinə yetirməyən 75 valideyn barǝsində inzibati tənbeh
tədbirləri görülub”, – deyə nazir müavini qeyd edib.

Teqlər: