Övladı üçün pul verməyən ata… – Millət vəkili

Övladı üçün pul verməyən ata… – Millət vəkili

Övladı üçün aliment ödəməyən ata məgər dövlətə pul verəcək? Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşıyam.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Biz müsəlman dövləti olduğumuzdan ailə dəyərləri yüksəkdir. Lakin ata öz uşağının pulunu vermirsə, sizcə, dövlətə pul verəcək? Elə qanun və qaydalar yaratmalıyıq ki, atanı məcbur edib pulu ödətməliyik. Niyə alimenti dövlətin boynuna qoymalıyıq?! Uşaqların anadan olması üçün ödənilən birdəfəlik müavinət məbləğinin artırılmasının tərəfdarıyam”, – deputat əlavə edib.

Teqlər: