“Nücəba” komandirləri Tehrana səfər etdi

“Nücəba” komandirləri Tehrana səfər etdi

İraqda fəaliyyət göstərən SEPAH-a bağlı “Nücəba” silahlı qruplaşmasının komandirləri Tehrana gizli səfər ediblər.

AzerTimes xəbər verir ki, bu barədə etibarlı mənbələr “İran İnternational”a bildiriblər.

Qruplaşmanın başçısı Şeyx Əkrəm əl-Kəbi oktyabrın 31-də bəyanat yayaraq, ABŞ və İsrail qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirəcəklərini deyib.

Qeyd edək ki, “Nücəba” silahlı qruplaşması İraqda İrana bağlı “Həşd Şabi” təşkilatının qurucu qruplarından biridir. İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İraq və Suriyadakı Amerika qüvvələrinin və beynəlxalq koalisiyanın bazaları adıçəkilən qrup tərəfindən 20 dəfədən çox raket və kamikadze PUA hücumları ilə hədəfə alınıb.

Teqlər: