Ovanesyan: Ermənilərin 20%-i rus agentidir

Ovanesyan: Ermənilərin 20%-i rus agentidir

Hazırda Ermənistanda Kremlin və bilavasitə Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləyənlər ümumi əhalinin 20 faizini təşkil edir.

AzerTimes xəbər verir ki, bu fikirlərlə tanınmış erməni politoloq Armen Ovanesyan mətbuata açıqlamasında çıxış edib.

“Daha dəqiq rəqəm 17,7 %-dir. Bu kateqoriyadan olan insanlar İrəvanda oturub Kreml üçün “agentura” ilə məşğul olur. Əsas məqsəd isə Ermənistanı Rusiyanın kursunda saxlamaqdır. Hazırda İravanın Kremlin nəzarəti altından uzaqlaşa bildiyini hamı anlayır. Ona görə işə Ermənistanda olan minlərlə agent qoşulacaq”, – deyə o qeyd edib.

Teqlər: