Mahaçqalada bomba həyəcanı: şagirdlər təxliyə edilir

Mahaçqalada bomba həyəcanı: şagirdlər təxliyə edilir

Dağıstanın mərkəzi Mahaçqalada bütün məktəblərə bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Mahaçqala şəhər administrasiyasının vahid növbətçi-dispetçer xidmətinə şəhərin bütün məktəblərində bombaların olması ilə bağlı Daxili İşlər İdarəsindən siqnal daxil olub. Məlumat valideynlərə çatdırılıb. Məktəblilərin təxliyəsinə başlanılıb”, – məlumatda deyilir.

Teqlər: