Ov qaydalarını pozan əcnəbilər cəzalandırıldı

Ov qaydalarını pozan əcnəbilər cəzalandırıldı

Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AzerTimes-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, – bildirilib

Teqlər: