Kanadanın paytaxtı Ottavada təxminən üç həftədir davam edən
COVID-19-a qarşı hökumət tədbirlərinə qarşı etirazları
dayandırmağın vaxtı çatıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin baş naziri Castin Trüdo
bildirib.
“Onlar (nümayişçilər) iqtisadiyyatımız və ticarət
tərəfdaşlarımızla münasibətlərimiz üçün təhlükədir. Onlar ictimai
təhlükəsizliyə təhdiddir”, – deyə C.Trüdo əlavə edib.