Ötən sutka ölkə ərazisində 24 yanğın olub (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 24 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə
qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2
nəfər xilas edilib. Həmçinin, FHN-in qüvvələri tərəfindən Lənkəran
rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən
suyun çəkilib kənarlaşdırılması işləri görülüb.

Teqlər: