Ötən sutka 11 nəfər xilas edildi, üçü azyaşlıdır – Video

Ötən sutka 11 nəfər xilas edildi, üçü azyaşlıdır – Video

Ötən sutka ölkə ərazisində 90 yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 3-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Teqlər: