Ötən mövsümün ən yaxşı futbolçusu bəlli oldu

Ötən mövsümün ən yaxşı futbolçusu bəlli oldu

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzema ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

AzerTimes xəbər verir ki, qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Fransalı forvard səsvermədə komanda yoldaşı olan belçikalı qapıçı Tibo Kurtua və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Brüyneni qabaqlayıb.

Teqlər: