Ötən il vaksinlərə 314 milyon manatdan çox vəsait xərclənib

2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı
mabrizə tədbirləri üçün 800,8 milyon manat manat istifadə
olunub.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

Baş nazi bildirib ki, ayrılmış vəsaitlərin 314,1 milyon manatı
vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə
müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli
xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı
dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların,
xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.

Teqlər: