Ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, kifayət etməyib – Nazir

Ötənil koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat
vəsait xərclənib.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi
zamanı deyib.

Nazir bildirib ki, ötən il pandemiya ilə mübarizəyə 261 milyon
ayrılsa da bu məbləğ kifayət etməyib. “Pandemiya ilə mübarizə üçün
əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon
manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb.
Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların
alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi
xərclərə sərf edilib”, – deyə nazir bildirib.

Teqlər: