Ötən il inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı açıqlanıb

2021-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara
dair baxılmış işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri
tətbiq edilib.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

İşlərin 25,5 faizinin icraatına xitam verilmiş, 8,6 faizi üzrə
inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün
qaytarılmış, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə
göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara
əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə
müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olmuşdur. İnzibati
məsuliyyətə cəlb edilmiş şəxslərin 46,4 faizinə inzibati cərimə,
28,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə
xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər
tənbeh növləri tətbiq edilib.

Teqlər: