2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb
müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox
olub.
AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı
üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu dövrdə Agentliyin müqavilə bağladığı
özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27
305-ə yüksəlib.
“Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə
əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi
çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox
müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə
müayinə və müalicə olunmalarını təmin edib”,-deyə o əlavə edib