İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq

Xəbər - Trend:

Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi tərəfindən layihə hazırlanıb və
aidiyyəti quruma təqdim olunub.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci
ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat
konfransı zamanı deyib.

Onun sözlərinə görə, 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil
edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi
sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

“Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki
say 300)
Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması
təklif edilib (əvvəlki say 300).
İlkin səhiyyə xidməti, təcili yardım, laborator, ambulator və
stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb
müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb” –
deyə o bildirib.

Teqlər: