Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb

2021-ci ildə 18 ölkədə 579 nəfər edam olunub.

Trend-in
məlumatına görə, bu barədə “Amnesty International” təşkilatının
hesabatında deyilir.

Bu göstərici 2020-ci illə müqayisədə 20 faiz artıb. Hesabata
əsasən, 2020-ci ildə 483 nəfər edam olunmuşdu.

Eyni zamanda ötən il dünyada edam hökmünün verilməsi də artıb.
Belə ki, 2021-ci ildə 56 ölkədə 2 052 edam hökmü verilib ki, bu da
2020-ci illə müqayisədə 40 faiz çoxdur.

Təşkilat bildirir ki, ötən il Qazaxıstan, Syerra-Leone,
Papua-Yeni Qvineya, Malayziya, Mərkəzi Afrika Respublikası və
Qanada ölüm cəzaları ləğv edilib.