Xəbər - Samir Əli – Trend:
2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.
K.Əliyev bildirib ki, bunlardan 24 şəxs barəsində 17 iş – qəsdən adamöldürmə faktları ilə bağlı olub.
“İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib”, – Baş prokuror deyib.