Ötən il Azərbaycan iqtisadiyyatına xarici mənfi təsirlər olub – Samir Şərifov

Ötən il Azərbaycan iqtisadiyyatı sabit inkişaf etsə də
iqtisadiyyatımıza xarici mənfi təsirlər də var idi və burada söhbət
inflyasiyanın artmasından gedir.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi
zamanı deyib.

Nazir bildirib ki, inflyasiyanın artmasının səbəblərindən biri
də ərzaq məhsullarının dünya miqyasında bahalaşması olub. “Dövlət
tərəfindən həmin proseslər nəzərə alınaraq müxtəlif subsidiya
proqramlarının həyata keçirilməsinə qərar verilib”, – deyə nazir
bildirib.

Teqlər: