Ötən il antiinhisar qanununun pozulmasına görə tətbiq olunan cərimənin məbləği açıqlanıb

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci ildə “Antiinhisar fəaliyyəti haqqında” qanunun pozulmasına görə 27,5 milyon manatdan çox maliyyə sanksiyası tətbiq olunub.

AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, dörd iş üzrə 14 min manatdan çox cərimə haqsız rəqabətlə əlaqədar tətbiq edilib. Daha 5 analoji iş üzrə araşdırma davam etdirilir.

M.Abbasbəyli əlavə edib ki, ötən il Dövlət Xidmətinə 359 müraciət daxil olub. Müraciətlərin 21-i bazarlarda rəqabətin məhdudlaşıdırılması, 63-ü bazar subyektlərinin haqsız rəqabətə yol verməsi ilə bağlı olub.