Ötən il 95 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, onlardan 11 mini pensiya, 84 mini müavinət və təqaüd təyinatları olub.

Beləliklə, bu sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

Xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin (təqaüd, pensiya və ya müavinətin) təyinatı prosesinin operativ icrasında bu e-sistemlər xüsusi önəm kəsb edib. Həmin ailələrin müraciətinə ehtiyac qalmadan müvafiq ödənişlərin avtomatlaşdırılmış mexanizm üzərindən proaktiv təyinatı aparılır.

Teqlər: