Ötən il 5 nəfər sərhəd pozucusu məhv edilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.
“Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib”, – deyə hesabatda qeyd olunub.