Ötən il 30 mindən çox Ermənistan vətəndaşı Rusiya pasportu alıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2020-ci ildə 31 minə yaxın Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi bildirib. Qeyd olunur ki, 2019-cu ildə bu rəqəm 24 minə bərabər idi.

Ümumilikdə son 3 il ərzində 82 min Ermənistan sakini Rusiya vətəndaşlığı alıb.