Ötən il işğaldan azad edilmiş ərazilərdə 20 min hektardan çox
ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.
Baş nazir bildirib ki, bu məsələnin vacibliyini nəzərə alaraq
minalardan təmizləmə üçün zəruri maddi-texniki baza gücləndirilib.
“Bu tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilərin
ərazisi artaraq 40 hektar olması gözlənilir”, – deyə o
bildirib.