Ötən il 145 minə yaxın şəxs əllilliyə görə pensiya alıb

Ötən il ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya
59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə
görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə
pensiya alıb.

Trend-in məlumatına görə, bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında
qeyd edilib.

Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləği 2021-ci
ilin 1 yanvar tarixinə olan 302,24 manatdan 2022-ci ilin 1 yanvar
tarixinə ilkin hesablamalara görə 331 manata, o cümlədən müvafiq
olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği
331,4 manatdan 358 manata, əlilliyə görə əmək pensiyasının orta
aylıq məbləği 260,9 manatdan 290,8 manata və ailə başçısını
itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 263 manatdan
290,2 manata yüksəlmişdir. Pensiyaların orta aylıq məbləği ötən
illə müqayisədə 9 faiz, o cümlədən yaşa görə pensiyanın orta aylıq
məbləği isə 8 faiz artıb.

Teqlər: