Ötən həftə Liviya sahillərində min nəfərə yaxın qanunsuz miqrant xilas edilib

Son bir həftə ərzində Liviya sahillərində 969 qanunsuz miqrant xilas edilib və Liviyaya geri qaytarılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildiriblər.

“”19-25 dekabr tarixləri arasında 969 miqrant dənizdə xilas edilib və Liviyaya geri qaytarılıb”, – deyə BMqT-də bildirilib.

Məlumata əsasən, ilin əvvəlindən ümumilikdə 32 425 qanunsuz miqrant xilas edilib, 573 nəfər ölüb, 933 nəfər isə itkin düşüb.