Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 541 partlamamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan AzerTimes-a bildirilib ki, iyulun 19-dan 24-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 124 piyada əleyhinə mina, 16 tank əleyhinə mina və 541 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


Bildirilib ki, 220 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Teqlər: