Ötən həftə ərzində dünyada koronavirusa 4,8 milyondan artıq yoluxma, 85 mindən artıq isə ölüm halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb:
“Qlobal planda son bir həftə ərzində koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ümumilikdə 4,8 milyondan artıq yoluxma, 86 minə yaxın isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 12 və 5 faiz daha azdır”.
Mayın 10-dan 16-dək koronavirusa 4 809 520 nəfər yoluxub, 85 975 nəfər isə koronavirusdan ölüb. Mayın 16-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 162 184 263, koronavirusdan ölüm hallarının sayı isə 3 364 446 nəfər təşkil edib