Bu tarixdə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Mayın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırılıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi mayın 8-ə qədər tam yekunlaşıb.

Teqlər: