Ötən həftə 476 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən
həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, aprelin 18-dən 23-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46,
tank əleyhinə 126 mina və 170 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 475.7 hektar ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib.

Teqlər: