Ötən həftə 243 hektar ərazi minalardan təmizlənib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ötən həftə ərzində 243 hektar ərazi minalardan təmizlənib.

AzerTimes-ın məlumatına görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.


Məlumata görə, may ayının 17-dən 22-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanıb.

Teqlər: