Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi mayın 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 16 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Teqlər: