Ötən gün temperatur iqlim normasından aşağı olub

Mayın 25-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində
hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb,
bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə
qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, qar
örtüyünün hündürlüyü Xınalıqda 20 sm, Qrızda 14 sm olub.

Düşən yağıntının miqdarı Oğuzda 62 mm (aylıq normanın 59%-i),
Qəbələdə 59 mm (aylıq normanın 49%-i), Qrızda 35.0 mm (aylıq
normanın 41%-i), Xınalıqda 32.0 mm (aylıq normanın 58 %-i),
Altıağacda 31.0 mm (aylıq normanın 43%-i), Xaltanda 29.0 mm (aylıq
normanın 34%-i), Bərdədə 28.0 mm (aylıq normanın 54%-i), Göygöldə
28.0 mm (aylıq normanın 24%-i), Zaqatalada 25 mm, Tərtərdə 23.0 mm
(aylıq normanın 44%-i), Cəfərxanda 23.0 mm (aylıq normanın 70%-i),
Qusarda 22.0 mm (aylıq normanın 40%-i), Yevlaxda 20.0 mm (aylıq
normanın 50%-i), Balakəndə 20.0 mm, Sabirabadda 19.0 mm (aylıq
normanın 57%-i), Zərdabda 18.0 mm (aylıq normanın 49%-i), Qubada
18.0 mm (aylıq normanın 33%-i), Şəkidə 17.0 mm, Beyləqanda 16.0 mm
(aylıq normanın 42 %-i), Şirvan, Qobustan, Tovuz, Ləzə, Kürdəmirdə
15.0 mm (aylıq normanın 39%-i), Daşkəsənda 15.0 mm, Mingəçevirdə
14.0 (aylıq normanın 31%-i), Sarıbaşda (Qax) 14.0 mm, Gədəbəy,
Göyçayda 13.0 mm, İmişlidə 12.0 mm (aylıq normanın 36%-i), Salyanda
12.0 mm (aylıq normanın 45%-i), Lerik, Neftçalada 12.0 (aylıq
normanın 46%-i), Naftalanda 12.0 mm, Yardımlı, Şahbuzda 11.0 mm,
Ağdamda 10.0 mm, Naxçıvan, Gəncə, Kişçayda (Şəki) 9.0 mm, Şəmkir,
Ağdərədə (Ordubad) 8.0 mm, Ağstafa, Hacıqabulda 5.0 mm, Şabran,
Şərurda 4.0 mm, Astara, Culfada 1.0 mm, Bakıda və Abşeron
yarımadasında: Binə, Bakıda 3.0 mm, Sumqayıt, Maştağa, Pirallahıda
2.0 mm-dək olub.

Mayın 24-də şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naftalanda
21 m/s, Şərur, Naxçıvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında:
Bakıda 24 m/s, Binə, Sumqayıtda 21 m/s, Pirallahıda 17 m/s, Neft
Daşlarında 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü
2.7 metrə çatıb.

Havanın temperaturu mayın 24-də Bakıda iqlim normasından 2.0°
aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron
yarımadasında 14°-dək isti, Naxçıvan MR-da 8-12° isti, dağlıq
rayonlarda 0-5° isti, aran rayonlarında 12-14° isti olub.

Teqlər: