Ötən gün ölkədə 33 yanğın olub

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.


Həmçinin, Bakı şəhəri, Nəsimi rayonunda güclü külək səbəbindən küçədə dayanan avtomobilin üzərinə aşaraq yolda hərəkəti məhdudlaşdıran ağacın xilasedicilər tərəfindən ərazidən götürülməsi təmin olunub.

Teqlər: