Ötən gün ölkədə 20 yanğın olub, bir nəfər ölüb

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, Mingəçevir şəhərində yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun və İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: