Ötən gün ölkədə 19 yanğın olub

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Şəki şəhərinin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Ələsgərov Mehman Əhməd oğlunun və Bakı şəhərinin Sabunçu rayonunda bağlı qapı arxasında aşkar edilmiş 1946-cı il təvəllüdlü İsmayılov İsrail İsmayıl oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: