Ötən gün koronavirusa 3,4 milyona yaxın yoluxma halı qeydə alınıb – ÜST

Dünyada son sutka ərzində koronavirusa 3,4 milyona yaxın yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Yanvarın 12-si saat 21:04 üçün olan məlumata əsasən, ötən sutka ərzində 3 395 785 nəfər koronavirusa yoluxub, 7 735 nəfər isə dünyasını dəyişib.


Bildirilir ki, yoluxanların ümumi sayı 312 173 462, ölənlərin isə 5 501 000 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.