Ötən gün COVID pasportu olmayan 90 nəfər toya buraxılmayıb

Xəbər - Samir Əli – Trend:

Fevralın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
112 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 111 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub, 90 nəfər COVID-19 pasportu olmadığına görə
şənliyə buraxılmayıb.

Teqlər: