Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin
olunub.

Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
vermib, nəticədə 2 nəfər ölmüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Teqlər: