Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin
olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
veriblər.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Teqlər: